YAP Suraxanı rayon təşkilatı “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bir qrup məktəb direktorunu təltif etmişdir

YAP Suraxanı rayon təşkilatı “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə bir qrup məktəb direktorunu təltif etmişdir

“5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatının aparatının nümayəndələri Suraxanı Rayonu 87 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Elmira Ələkbərovanı rayonun ictimai-siyasi həyatında fəal iştirakına və təhsil sahəsində əldə olunan yüksək nəticələrə görə ”Təşəkkürnamə” ilə təltif etmişdir.

Yerli təşkilatın sədri və nümayəndələri öncə əsaslı təmir-tikinti işlərindən sonra Prezident cənab İlham Əliyev tərəfindən açılışı edilmiş və müəllim-şagird kollektivinin ixtiyarına verilmiş yeni binada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Məktəb direktorunu təltif edərkən bir qrup məktəb kollektivinin nümayəndəsi ilə görüşən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ölkə Prezidenti cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya məktəbdə yaradılmış şəraitə və Suraxanı rayonuna göstərdikləri diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi. Vüqar Seyidov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə məktəbin direktoru Elmira Ələkbərovanı və bütün müəllim kollektivi təbrik edərək pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.

Suraxanı Rayonu 87 nömrəli tam orta məktəbdə olaraq məktəbin direktoru Elmira Ələkbərova göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına və yerli təşkilatın sədri Vüqar Seyidova öz minnətdarlığını bildirmişdir. Elmira Ələkbərova bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət edəcəyini xüsusi qeyd etmişdir